Yaponiyadakı “Diamond Princess” kruiz gəmisində olan Böyük Britaniya vətəndaşı koronavirusdan ölüb.
APA-nın London bürosunun BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Diamond Princess” kruiz gəmisində olan sərnişinlərdən koronavirusa görə ölənlərin sayı 6-ya çatıb.
Həmin sərnişin koronavirusdan ölən ilk britaniyalı olub.
Qeyd edək ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 19-a çatıb.