Boliviyanın keçmiş prezidenti ölkədən qaçdı
12 noyabr 2019 11:02 (UTC +04:00)

Boliviyanın keçmiş prezidenti ölkədən qaçdı

Boliviyanın sabiq Prezidenti Evo Morales ölkəni tərk edib.

APA-nın xəbərinə görə, bu barədə E. Morales “Twitter”də bildirib.

“Meksikaya gedirəm, həyatımızı qorumaq üçün sığınacaq təklif edən qardaşlarımıza bizi qəbul etdiyi üçün minnətdaram. Siyasi səbəblərə görə ölkəni tərk etmək mənim üçün çox ağırdır, mən həmişə narahat olacağam. Tezliklə daha çox güc və enerji ilə qayıdacağam”, - E. Morales qeyd edib.

Sabiq Prezident Boliviyanın mərkəzindəki Çimor şəhərindən Meksika hökumətinin ayırdığı təyyarə ilə ölkədən ayrılıb.

Xatırladaq ki, oktyabrın 20-dən başlayan və bu günə qədər davam edən etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk etdiyini deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35