BMT kiberhücuma məruz qalıb: komponentlər ələ keçirildi
01 fevral 2020 12:17 (UTC +04:00)

BMT kiberhücuma məruz qalıb: komponentlər ələ keçirildi

BMT-nin Cenevrə və Vyanada yerləşən ofisləri 2019-cu ilin ortalarında kiberhücuma məruz qalıb. Bu barədə təşkilat nümayəndələrinin açıqlamasında deyilir.

Lent.az-ın “ictnews”a verdiyi məlumata görə, Cenevrədə BTM-nin bir sıra bölmələri, o cümlədən İnsan Hüquqları Şurası, İnsan Hüquqları üzrə Ali Komissarlıq, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Ticarət Təşkilatı, Vyanada isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və Narkotiklər və Cinayətkarlıq üzrə İdarə yerləşir.

Təşkilatın mətbuat katibi Stefan Duyariçin sözlərinə görə, hazırda hücumun arxasında kimin dayanması məlum olmasa da, onun yaxşı təşkil edilməsini və maliyyələşdirilməsini qeyd etmək lazımdır. “Ciddi hücum nəticəsində Cenevrə və Vyanada əsas infrastrukturun komponentləri ələ keçirilib”, – o bildirib.

İnsan Hüquqları üzrə Ali Komissarlığın məlumatına görə, cinayətkarların müdaxilə etdiyi serverlərdə həssas və ya məxfi məlumatlar saxlanılmayıb. Hakerlərin əməkdaş və qurğuların identifikasiya nömrələrinin saxlanıldığı “Active User Directory” sisteminə daxil olmasına baxmayaraq onlar nə parolları oğurlaya, nə də sistemin digər hissələrini ələ keçirə biliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Oxşar yazılar