“ABŞ son 14 gün ərzində İrana olmuş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub”.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.
Pens həmçinin ABŞ vətəndaşlarına koronavirusun daha çox yoluxduğu yerlərə - İtaliya və Cənubi Koreyaya getməməyə çağırış edib.
ABŞ-da virusa yoluxmanın aşağı səviyyədə olduğunu deyən vitse-prezident əlavə edib ki, prezident Tramp ABŞ-a gələn vətəndaşların ciddi yoxlanılmasını təmin etmək məqsədilə Dövlət Departamentinə İtaliya və Cənubi Koreyadakı müttəfiqlərlə işləməyi tapşırıb.
Xatırladaq ki, Ağ Ev rəhbəri şənbə günü ABŞ-da 1 qadının koronavirusa yoluxduqdan sonra öldüyünü və 4 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.