Bazar ertəsi ABŞ-ın Texas ştatında A&M Ticarət Universitetinin yataqxanasında silahlı atışma baş verib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABC telekanalı məlumat yayıb.
Zərərçəkənlərdən birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Hazırda yataqxana polis tərəfindən mühafizə edilir.
Universitetdə müvəqqəti olaraq bütün dərslər dayandırılıb.