5 gün bundan əvvəl istefa verən baş nazir yenidən istefa verəcək
11 oktyabr 2025 23:25 (UTC +04:00)

5 gün bundan əvvəl istefa verən baş nazir yenidən istefa verəcək

0

Oktyabrın 10-da prezident Emmanuel Makron tərəfindən yenidən vəzifəyə təyin edilən Fransanın baş naziri Sebastien Lekornyu, vəzifələrini uğurla yerinə yetirməsi üçün şərtlər yerinə yetirilmədiyi təqdirdə yenidən istefa verəcəyini istisna etməyib.

Lent.az xəbər verir ki, bu barədə həftəlik “La Tribune Dimanche” qəzeti məlumat yayıb.

"Bu vəzifəyə qayıtmaq mənim üçün aydın deyildi. Mən ötən bazar ertəsi istefa verdim. Çünki hökumət başçısı vəzifəsində işləmək üçün şərait yox idi. Şərtlər bir daha reallaşmasa, mən gedəcəm. Xırda şeylərə vaxt itirmək fikrində deyiləm", - Lekornyu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar