4 təyyarəni 34 manata satdı: tutuldu
03 iyul 2020 11:57 (UTC +04:00)

4 təyyarəni 34 manata satdı: tutuldu

Əslən Rusiyanın Nijni Novqorod şəhərindən olan keçmiş məmur Andrey Silyakov 9 illik axtarışdan sonra saxlanılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Silyakov 2011-ci ildə 4 ədəd MiQ-31 qırıcı təyyarələrini 600 rubla (o vaxtkı kursla 34 manata) satmaqda günahkar bilinir.

Privoljsk federal dairə prokurorluğunun məlumatına görə, Silyakov hələ “Rosrezerv”in yerli şöbəsinə rəhbərlik edərkən, həmin təyyarələri dəmir qırıntıları kimi sənədləşdirərək 600 rubla öz dostuna, dostu isə həmin Nijni Novqoroddakı “Sokol” zavoduna satıb. Nəticədə Silyakov və dostu fırıldaq yoluyla təxminən 1 milyard rubla yaxın pul qazanıblar. 9 illik axtarışdan sonra Silyakov adıgedən şəhərin Balaxninsk rayonunda həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5293
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar