33 il əvvəl yoxa çıxan atasını bir elanla tapdı
26 fevral 2020 19:42 (UTC +04:00)

33 il əvvəl yoxa çıxan atasını bir elanla tapdı

 

Qazaxıstan vətəndaşı, hazırda Türkiyədə yaşayan və 1987-ci ildə atasını görməyən qız mənzilinin satışı ilə bağlı verdiyi elandan sonra onunla əlaqə qura bilib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Natalya Zorina (adı qızın xahişi ilə dəyişdirilib) 1984-cü ildə Qazaxıstanın Şımkənd şəhərində anadan olub. 3 yaşı olanda valideynləri bərk mübahisə edib, bundan sonra atası evdən gedib və Yakutskda yaşamağa başlayıb. 

“2020-ci ilə qədər atası aliment göndərib, - qadın söyləyib. – Biz onun sağ olduğunu və işlədiyini bilirdik. Böyüyəndən sonra onunla bağlı xəbər ala bilmədik Nə məktub yazan, nə də teleqramm vuran yox idi. Biz həddindən çox anamızdan atamıza haqda soruşmağa cəhd etsək də, hər dəfə belə söhbətlərdən yayınırdı”. 

Nataşa böyüyəndən sonra ərə gedib, İstanbulda yaşamağa başlayıb, iki uşaq dünyaya gətirib. O, atasını 2020-ci ilin əvvəlindən axtarmağa başlayıb. Qadın Yakutiyanın Daxili İşlər Nazirliyinə sorğu göndərib, bir neçə gün sonra valideyninin qeydiyyata alındığı evin ünvanını göndəriblər. Polisdən atasının telefonunu bir az gec verəcəklərini bildiriblər. 

Bir neçə gün gözləməyə həvəsi olmayan Nataşa İnternetdə həmin evin satılması ilə bağlı elan tapıb. Elanı çap edən qadın zəng edərək atası ilə əlaqə qurmağa yardım edəcəyinə vəd verib. 

Bir neçə gün sonra atası özü qızına zəng vurub, ancaq işdə olduğndan cavab verə bilməyib. Onlar arasında yazışma başlayb. Nataşa müəyyən edib ki, atası əvvəllər öz ailəsini Qazaxıstanda axtarmağa cəhd edib – keçmiş arvadı və uşaqları (Nataşanın qardaşı da var) o zaman həmin ölkədən gediblərmiş.  Qadın bundan sonra öz valideynlərin ilə əlaqə saxlamağı planlaşdırır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3284
avatar

Oxşar yazılar