3 gün idi ki, polis şöbəsinin yanında yatırdı, meyitini tapdılar
11 dekabr 2025 12:16 (UTC +04:00)

3 gün idi ki, polis şöbəsinin yanında yatırdı, meyitini tapdılar

0

Avstraliyanın Vullonqonq şəhəri yaxınlığındakı polis şöbəsinin yaxınlığında 48 yaşlı Kirsten Moriartinin cəsədi tapılıb. Onun meyiti olan avtomobil girişin qarşısında üç gün dayanmış vəziyyətdə qalıb. Qadın ölümündən qısa müddət əvvəl növbətçi əməkdaşlardan yardım istəyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, 2 dekabrda Moriarti şöbənin foyesinə daxil olaraq polis əməkdaşları ilə danışıb. Daha sonra o, avtomobilinə qayıdıb və 5 dekabrda aşkar olunana qədər orada heç kim tərəfindən fərq edilməyib. Onu xilas etmək isə artıq mümkün olmayıb. Qohumlarının sözlərinə görə, qadın izlənildiyini düşündüyü üçün polis şöbəsinə müraciət edib.

İstintaqçılar avtomobildə çoxlu sayda şəxsi əşyaların olmasına diqqət çəkiblər. Belə bir mənzərə qadının evdən kənarda yaşadığına işarə etsə də, ailə bu versiyanı rədd edib. Atasının sözlərinə görə, Moriarti paraşütlə tullanarkən ağır xəsarət alaraq, 16 əməliyyat keçirib və ailəsi ilə birlikdə yaşayıb. O, təkbaşına bu qədər əşyanı avtomobilə yükləyə bilməzdi.

Ölüm səbəbi hələ müəyyən edilməyib. Məlumata görə, Moriarti ABŞ-da doğulub, daha sonra Avstraliyaya köçüb və mətbuat sahəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar