Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın, "Yoluxmaların artması səbəbi ilə oktyabrın 29-dan sonra tam qapanma olacaq" iddialarının yalan olduğunu bildirib.
Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, prezidentin sözçüsü İbrahim Kalın, Candaş Tolga Işığın təqdim etdiyi "Az öncə danışdım" proqramında gündəmlə bağlı məsələlərə aydınlıq gətirib. O, "29 oktyabrdan sonra tam bağlanma varmı?" sualına cavab olaraq "Normal həyatımıza davam edəcəyik" deyib.
"Xeyr, belə bir şey yoxdur. 29 oktyabrdan sonra biz tədbirləri tətbiq edərək normal həyatımıza davam edəcəyik".