Türkiyə-Suriya sərhədindən Lent.az-a danışdılar
“Hazırda Suriya ilə Türkiyə arasında bircə Akçakala keçid məntəqəsi işləyir. Kilis, Kamışlı, Ozpınar qapıları bağlıdır. Akçakaladan isə Suriyadan axıb gələn adamların ardı-arası kəsilmir”. Bunu Lent.az-a Türkiyənin Suriya ilə sərhəd Kilis qəsəbəsində avtomobil təsisatları sahəsində çalışan Mustafa Albayraq bildirib.
Mustafa bəyin sözlərinə görə, Suriyanın Türkiyə ilə əsas giriş qapıları müxalif üsyançıların nəzarətindədir. Üsyançılarla Əsəd rejim arasında müharibə şiddətləndikcə, Türkiyəyə qaçqın ordusu da çoxalır.
Həmsöhbətimizin dediyinə görə, Suriyadan gələn qaçqınlar üçün Ceylanpınar kəndində 20 min nəfərlik çadır şəhərciyi qurulub. “Bundan başqa Akçakalanın özündə də qaçqınları yerləşdirmək üçün çadırlar salınıb. Gələnlərin arasında yaralılar da olur. Ən ağır yaralılar Qaziantep, Şanlıurfa xəstəxanalarına yerləşdirilir” - deyə, Albayraq bildirib.
Lent.az-ın əməkdaşı Türkiyənin Suriya ilə sərhədində yerləşən və türkmənləri yaşadığı Çobənbəy kəndi ilə də əlaqə saxlayıb. Burda bir məqamı xatırladaq ki, Suriyada mobil rabitə bərbad gündə olduğundan Çobənbəydə əsasən Türkiyə mobil telefon nömrələrindən istifadə edirlər. Çobənbəydən verilən məlumata görə, Suriyadakı müharibədən ən çox əziyyət çəkən də məhz türkmənlərdir: “Müharibənin nə vaxt bitəcəyini bilinmir. Burda ən çox yaddan çıxmış və əzilən türkmənlərdir. Bizim haqqımıza sahib çıxan yoxdur. Bütün gözlər, bütün ümidlər Türkiyəyədir”.
Səbuhi

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38
"Uber" pilotsuz taksilərə keçir
18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ baş verdi
18 iyul 2025 , 02:14