Britaniya bankı İran hakimiyyətinin pullarını “yuyurmuş”
07 avqust 2012 13:45 (UTC +04:00)

Britaniya bankı İran hakimiyyətinin pullarını “yuyurmuş”

Lent.az-ın BBC-yə istinadən məlumatında bildirilib ki, ingilislərin bu maliyyə qurumu İranla qeyri-leqal bank əməliyyatı apararaq, 250 milyard dolları “yuyub”. ABŞ-ın nəzarət qurumu bu bankı “dələduz təşkilat” adlandırıb.

Nyu-Yorkun maliyyə xidməti idarəsinin məlumatına əsasən, “Standard Chartered” təxminən 10 il ərzində İrana qarşı tətbiq edilən sanksiyalardan yayınaraq, belə qanunsuz fəaliyyətlə məşğul olub.

Bu xəbərin fonunda bankın səhmləri 7 faiz ucuzlaşıb.

İranla apardığı qanunsuz maliyyə əməliyyatlarının ucbatından “Standard Chartered”in ABŞ lisenziyasından məhrum olacağı istisna edilmir.

Amerika hakimiyyəti hesab edir ki, bankın bu fəaliyyəti üzündən ABŞ-ın maliyyə sistemi “terrorçular və korrupsioner rejimlər üçün əlverişli olub”.

Bank rəhbərliyi isə ittihamları təkzib edib. “Standard Chartered”dən bildiriblər ki, İrana qarşı sanksiyalara uyğun olaraq, öz fəaliyyətlərini yoxlayacaqlar.

Araşdırmalar zamanı müəyyən olub ki, bu maliyyə qurumu banklararası ödəmələrdə saxtakarlıq edərək, iranlı müştərilər haqqında məlumatları qəsddən dəyişdirirmiş. İrandan ödəmələrin keçirilməsi ilə bağlı bank əməkdaşları üçün yazılı təlimatlar da mövcud olub.

“Standard Chartered” oxşar sistemlə Birma, Liviya və Sudandakı müştərilərinin də pullarını “yuyurmuş”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar