İranın dövlət qurumlarının interneti söndürüləcək
07 avqust 2012 10:19 (UTC +04:00)

İranın dövlət qurumlarının interneti söndürüləcək

Lent.az-ın “Qolos Rossii”-ya istinadən məlumatına görə, bu məqsədlə ölkə rəhbərliyi dövlət qurumlarındakı İnternetin söndürülməsi haqda qərar qəbul edib.

Qərarın cari ilin sentyabrından gerçəkləşdirilməsi planlaşdırılıb.

İranın informasiya-kommunikasiya və texnologiyalar naziri Rza Bağıpur bildirib ki, strateji əhəmiyyətli kəşfiyyat məlumatları dünya şəbəkəsindədir. Onun sözlərinə görə, bu üzdən də İnternet etibarlı sayılmır: “İrana qarşı düşmən ovqatında olan bir və ya iki dövlət həmin şəbəkəyə nəzarət edir”.

Nazir ölkə daxili milli şəbəkəni yaradacaqlarını planlaşdırdıqlarını söyləyib. Onun sözlərinə əsasən, bu layihənin yaxın ilyarıma başa çatdırılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar