Ərdoğan: “PKK terrorçularını dəstəkləyən ölkələr məlumdur”
06 avqust 2012 13:41 (UTC +04:00)

Ərdoğan: “PKK terrorçularını dəstəkləyən ölkələr məlumdur”

“PKK-nı dəstəkləyən ölkələr məlumdur. Ancaq indi ölkə adı çəkmək problem yarada bilər”. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib.

Terrorun hansı mənbələrdən dəstəkləndiyinin məlum olduğunu vurğulayan baş nazir qonşu ölkələr arasında da, Qərb ölkələri arasında da terrora dəstək verənlərin olduğunu söyləyib: "Türkiyə yalnız terror təşkilatına deyil, terror təşkilatının iplərini əlində tutan düşmən ölkələrə və dairələrə, terror təşkilatının iplərini əlində tutduğu canilərə də həddini bildirəcək gücdədir".

Ərdoğan ölkə daxilində və xaricində bəzi KİV-lərin də terror təşkilatına dəstək verdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar