Siqaret çəkən meymunu cəzalandırdılar
04 avqust 2012 00:25 (UTC +04:00)

Siqaret çəkən meymunu cəzalandırdılar

İndoneziya zooparkında yaşayan “Tori” ləqəbli oranqutanı siqaret aludəçiliyindən xilas etmək üçün uzaq adaya yerləşdiriblər.

Azərtac yazıb ki, 15 illik ömrünün 10 ilini siqaret çəkən meymunu nikotin asılılığından azad etmək üçün zooparkın işçiləri ona kömək etmək qərarına gəliblər.

Artıq meymuna tamaşa etməyə gələnlər ona uzaqdan baxmaqla kifayətlənməli olacaqlar. Çünki Torinin yeni məskəni tamaşaçılardan 15 metr uzaqda yerləşir.

İndoneziya zooparkında heyvanları narahat etməyə, onları yemləməyə görə qadağalar qoyulmasına baxmayaraq, turistlər qaydalara riayət etmirlər. Belə ki, zooparka gələn turistlər qadağanedici cədvəllərə baxmayaraq meymunun saxlandığı meydançaya yandırılmış siqaret tullayır və nəticədə meymunun siqaret aludəçisi olmasına səbəb olublar. Tori isə turistlərin hərəkətlərinə bənzər siqareti tüstülətməyi öyrənib, onda nikotindən asılılıq yaranıb.

Həkimlər meymunun vəziyyətinin normal olduğunu bildirirlər.

Azərtac
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar