İrana qarşı sanksiyalar sərtləşir
02 avqust 2012 09:55 (UTC +04:00)

İrana qarşı sanksiyalar sərtləşir

ABŞ Konqresinin Nümayəndələr palatası İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə səs verib.

Təşəbbüsün lehinə 421 parlamentari səs verib, 6 nəfər isə əleyhinə olub.

Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin sədri İleana Ros-Leytinenin bildirdiyinə görə, sənəd İranın energetika sektorunu və onlarla iş görən xarici şirkətləri «qara siyahı»ya daxil edir.

Bundan əlavə, qanun layihəsi İranla biznesi olan maliyyə institutları, gəmiçilik şirkətləri və sığortaçılara yeni və genişlənmiş sanksiyalar tətbiq etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar