Bəşər Əsəddən son açıqlama: “Terrorçularla döyüşürük”
01 avqust 2012 14:49 (UTC +04:00)

Bəşər Əsəddən son açıqlama: “Terrorçularla döyüşürük”

Suriya prezidenti Bəşər Əsəd ölkəsində baş verən döyüşləri xalqın taleyini təyin edən döyüş kimi qiymətləndirib. Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Suriya lideri qeyd edib ki, ordusu "terrorçu" düşmənlərlə döyüşür.

Qeyd edək ki, Suriyanın paytaxtında hökumət və müxalifət qüvvələri arasında qızğın döyüşlər davam edir. Müxalifət qüvvələri şəhərin bir sıra məhəllələrini öz nəzarətinə götürməyə müvəffəq olub. Döyüşlərdə hər iki tərəfdən yüzlərlə insanın öldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar