Dağıstanda “Sibir xorası” təhlükəsi: 4 milyon heyvan peyvənd edilib
01 avqust 2012 12:39 (UTC +04:00)

Dağıstanda “Sibir xorası” təhlükəsi: 4 milyon heyvan peyvənd edilib

Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi xəbərə görə, artıq bir neçə nəfərin “Sibir xorası” diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dağıstanın Veterinar Komitəsinin sədri Maqomed Qazimaqomedovun bildirdiyinə görə, yolxucu virusun Dağıstana və ətraf regionlara yayılmaması üçün artıq 4 milyondan çox mal-qara peyvənd edilib və bu proses davam edir.

Komitə sədrinin sözlərinə görə, Dağıstanın Kaytaq, Levaşi, Akuşi, Suleyman-Stalski, Kulinski və Axvax rayonları xüsusi nəzarətə götürülüb.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar