Şimali Koreyada təbii fəlakət: 88 nəfər ölüb
Şimali Koreyada ötən həftə başlayan yağış, fırtına və sel daşqınları fəlakətə çevrilib. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bir həftə ərzində davam edə leysan yağışları və fırtına 88 nəfərin ölümünə səbəb olub.
Təbii fəlakət nəticəsində 134 nəfər də yaralanıb. İnsani itkiləri daha çox Cənubi Pyongan bölgəsinin payına düşür.
Ölkədə 5 mindən çox ev tamamilə yararsız hala düşüb, 12 mindən çox ev isə ağır ziyan görüb. Qeyd edək ki, fəlakət nəticəsində 62 mindən çox Şimali Koreyalı da evsiz qalıb.

555