“Təl-Əviv bombalansa...”
29 iyul 2012 10:47 (UTC +04:00)

“Təl-Əviv bombalansa...”

“İranın İsrailə qarşı ehtimal olunan mümkün raket hücumu zamanı paytaxt Təl-Əviv şəhərində ən azı 400 min adam həlak ola bilər”. Lent.az-ın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İsraildə nəşr olunan “Yediot Aharonot” qəzeti yazıb.

Mətbu orqan Təl-Əvivin belə bir hücuma əsla hazırlıqlı olmadığını qeyd edib: “İsrail bölgədə yeni bir müharibəyə hazır deyil. Şəhərdəki sığınacaqlar yalnız 40 min adam tuta bilir. Bu da şəhər əhalisinin ən çox 1/10-i deməkdir. Müharibə başlayarsa, şəhərin bəzi sakinləri və işçilər öz evlərində, yaxud da iş yerlərində kiçik sığınacaqlara daxil olacaq. Lakin bununla iş bitmir. Yerdə yüz minlərlə insan qalır. Ona görə də belə bir vəziyyətdə bayırda qalanlar üçün dua etməkdən başqa bir yol qalmayacaq. Nəticə olaraq deyə bilərik ki, 400 min əhalisi olan Təl-Əviv şəhərinin sakinləri ölkə rəsmilərinin “Hizbullah” və İrana qarşı apardıqları təhdid siyasətinə görə yaxın gələcəkdə baş verə biləcək müharibədən bərk qorxurlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar