Qarnından 2,5 metr uzunluqda parazit çıxdı!
Türkiyədə inanılmaz olay yaşanıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Konyada yaşayan 3 uşaq atası 32 yaşlı Rəcəb Suavi Çeşmeci 10 il ərzində özünü davamlı olaraq halsız hiss edib. Keçdiyi müalicə kursları da Rəcəb Suavi Çeşmecinin səhhətində dəyişikliyə səbəb olmayıb. Az əvvəl isə özəl xəstəxanada çalışan professor Bülent Erenoğluna müraciət edib və müayinədən keçib.
Bülent Erenoğlu Rəcəb Suavi Çeşmecinin bağırsağında xalq arasında “yastı soxulcan” adlandırılan bir parazit olduğunu üzə çıxarıb və bağırsaqda qapalı əməliyyat aparılmasına qərar verib. Əməliyyat uğurlu keçib, lakin bağırsaqdan çıxarılan parazitin 2,5 metr uzunluqda olması həkimi belə təəccübləndirib. O, heç vaxt əməliyyat zamanı belə uzun parazitlə qarşılaşmadığını söyləyib.
Rəcəb Suavi Çeşmeciisə bu vaxta kimi bir çox həkimə müraciət etdiyini, amma dərdinə əlac olmadığını bildirib: “Əslində bir daha həkimə getməyəcəkdim. Halsızlığın artınca sonuncu dəfə həkimə getməyə qərar verdim. Həkim bağırsağımda paraziti aşkarladı və çıxardı. Mən də təəccübləndim...”

999