Qrenlandiya anidən əriyir!
25 iyul 2012 19:13 (UTC +04:00)

Qrenlandiya anidən əriyir!

Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, NASA 3 peyk vasitəsi ilə aparılan müşahidə nəticəsində iyulun 8-dən başlayaraq Qrenlandiyadakı buz təbəqəsinin əriməyə başladığının üzə çıxdığı barədə məlumat yayıb.

Buz təbəqəsinin əriməsi 4 gün davam edib. Adanın bəzi bölgələrində buz təbəqəsi 97 faizə qədər əriyib. Keçən həftə Qrenlandiya adasının şimalındakı Petermann buzlağından 120 kvadrat kilometr böyüklükdə bir buz parçası qopub.

Qeyd edək ki, Qrenlandiyada hər 150 ildə bir dəfə buzların əriməsinin baş verdiyi ehtimal olunur. Ancaq bu dəfə 150 illik dövr də keçməyib. Sonuncu dəfə Qrenlandiyada buzların belə böyük həcmdə əriməsi 1889-cu ildə qeydə alınıb. Qrenlandiyada buzların əksəriyyətinin əriməsinin təbii hadisə olduğu, yoxsa qlobal istiləşmədən qaynaqlandığı hələ bilinmir. Ancaq bundan əvvəl də alimlər qlobal iqlim dəyişikliyi ilə əlaqədar Qrenlandiya buzlaqlarının sürətlə əriyəcəyi barədə dəfələrlə xəbərdarlıq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2395

Oxşar yazılar