Kürdlər Suriyada şəhər almağa gedirlər
24 iyul 2012 20:04 (UTC +04:00)

Kürdlər Suriyada şəhər almağa gedirlər

Suriyada prezident Bəşər Əsədə sadiq ordu bölmələri və müxalif Suriya Azadlıq Ordusu arasında Dəməşq və Hələbdə qanlı döyüşlər getdiyi bir vaxtda kürd silahlı qruplaşmaları ölkənin şimalında bir çox şəhəri nəzarətə götürməkdə davam edir.

Lent.az-ın verdiyi məlumata görə, Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzani ilk dəfə “Əl-Cəzirə” telekanalına müsahibəsində suriyalı kürdlərə hərbi təlim keçdiklərini etiraf edib. Suriyaya iraqlı kürd silahlılarının göndərildiyini təkzib edən Məsud Bərzani deyib ki, Suriyada baş verən proseslərə qarışmaq istəməsələr də, əksəriyyəti Suriya ordusundan qaçaraq, İraqa gələn kürd gənclərə hərbi təlimlər keçirlər. O iddia edib ki, hələ bu kürdlər Suriyaya göndərilməyib, lakin Suriyada ciddi təhlükəsizlik problemi yaranacağı halda ora göndəriləcəklər. Məsud Bərzani bildirib ki, hərbi təlim keçən kürdlər Suriyadakı kürd qrupların az əvvəl yaratdığı Ali Komitənin əmrində olacaqlar: “Hətta buna gərək olmasa belə, o insanlar sonda Suriyaya qayıdacaqlar. Çünki həmin insanlar o bölgənin insanlarıdır”.


Lakin informasiya agentliklərində, saytlarda yayımlanan görüntülər Məsud Bərzaninin yalan danışdığını üzə çıxarıb. Görüntülərdə Şimali İraq Kürd Muxtariyyətinin ərazisindəki Zaho şəhərinin içindən keçən Dəclə çayı sahilindəki Dera Bir qəsəbəsində üzərlərində hərbi geyim olan minlərlə kürd gənc yüyürərək Suriya sərhədini keçir. Əllərində silah olmasa da, yüksək təpələrdə bu insanları qoruyan silahlı əsgərlər olduğu da görünür. Görüntünün mobil telefonla çəkildiyi anlaşılır. Həmin kürdlər deyirlər ki, Suriyada kürd muxtariyyətinin mərkəzi kimi gördükləri Qamışlı şəhərini almağa gedirlər...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar