Avropada qorxulu bakteriya peyda olub
24 iyul 2012 12:13 (UTC +04:00)

Avropada qorxulu bakteriya peyda olub

Avropanın şimalında gözlənilmədən qastroenteritə (mədə və bağırsaq katarı, mədə və nazik bağırsaqların selikli qişasının iltihabı) yol açan bakteriyalar peyda olub. Lent.az-ın “Med Daily” nəşrinə istinadən verdiyi məlumata görə, Böyük Britaniya, Finlandiya, İspaniya və ABŞ alimlərindən ibarət tədqiqat qrupunun apardığı tədqiqat nəticəsində məlum olub ki, məhz qlobal iqlim dəyişikliyi, temperaturun yüksəlməsi Baltik dənizində “Vibrio” bakteriyalarının peyda olmasına şərait yaradıb.


Bakteriya dənizdə çimərkən, o cümlədən yaxşı hazırlanmamış dəniz məhsulları yeyərkən insana yoluxa bilir. Məsələ ondadır ki, dənizin yuxarısında temperatur 1 dərəcə artan zaman bu bakteriyaların həcmi 200 faiz artır. 1982-2010-cu illərdə Baltik dənizində temperatur 0,17 dərəcə artıb. Alimlər yaxın vaxtlarda “Vibrio” bakteriyasının başqa yerlərdə də peyda olacağını proqnozlaşdırırlar. Artıq Çili, Peru və İsrail sahillərində, ABŞ-ın şimal-qərbində, İspaniyanın şimal-qərbində bu bakteriyalara rast gəlinir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar