İspaniyada yanğınlar davam edir
24 iyul 2012 11:01 (UTC +04:00)

İspaniyada yanğınlar davam edir

İspaniyanın Kataloniya əyalətinin Girona şəhəri yaxınlığında ötən bazar günü iki fərqli yerdə baş verən yanğınlar davam edir. Lent.az-ın Türkiyənin “Cumhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə yüksəlib.

Madrid-La Jonquera qəsəbəsində yanğın zamanı bədəninin 80 faizi yanaraq ağır vəziyyətdə xəstəxanaya aparılan 64 yaşlı Fransa vətəndaşının həyatını itirdiyi açıqlanıb.

Portbou qəsəbəsi ətrafında yanğından xilas olmaq üçün özünü dənizə atan 2 nəfər həyatını itirib, 75 yaşındakı bir adam da infarkt nəticəsində ölüb.

Yanğından yaralananların sayı 23 nəfərə çatıb. 13 min hektarlıq meşə isə kül olub.

Qeyd edək ki, baş verən meşə yanğınlar 18 qəsəbəyə ciddi ziyan vurub. Həmin ərazilərdə telefon və eyni zamanda, elektrik enerjisi sahəsində problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar