İranın Hörmüzü bağlamağa cəsarəti çatmadı
23 iyul 2012 16:30 (UTC +04:00)

İranın Hörmüzü bağlamağa cəsarəti çatmadı

Lent.az-ın verdiyi məlumata görə, İran Hərbi Dəniz Qüvvələri komandirinin müavini Əlirza Tanqsiri bu gün İRNA agentliyinə açıqlamasında deyib ki, İran bu mühüm boğazdan istifadə etdiyi müddətdə onu bağlamayacaq.

Əlirza Tanqsiri Tehranın rasional düşüncə əsasında hərəkət etdiyini bildirib.

Qeyd edək ki, hələ bu ilin yanvarında Tehranın Avropa Birliyinin sanksiya qərarına cavab olaraq dünya ölkələrinə ixrac olunan neftin 40 faizinin ötürüldüyü Hörmüz boğazını bağlayacağını bəyan etməsinə cavab olaraq ABŞ və müttəfiqləri hərəkətə keçiblər. ABŞ regiona bir neçə aviadaşıyıcı, sualtı pilotsuz qayıqlar və döyüş təyyarələri göndərib. Eyni zamanda İran boğazı bağlamağa cəhd göstərərsə, Pentaqon buna hərbi zərbə ilə cavab veriləcəyini açıqlayıb.

Xatırladaq ki, bir müddət əvvəl İran parlamentinə Hörmüz boğazının bağlanmasını nəzərdə tutan qanun layihəsi təqdim olunub. Qanun gündəliyə salınsa da, hələ müzakirəyə çıxarılmayıb. Əlirza Tanqsirinin bu bəyanatı isə Tehranın həmin qanun layihəsini parlamentdə müzakirəyə çıxarmağa cəsarət etməyəcəyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar