“Coca-Cola”-ya növbəti zərbə
23 iyul 2012 13:00 (UTC +04:00)

“Coca-Cola”-ya növbəti zərbə

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Venesuelanın sosialist prezidenti Uqo Çaves xalqı “Coca-Cola” kimi insan sağlamlığı üçün təhlükəli içkilər əvəzinə orijinal meyvə suları içməyə çağırıb.
Uqo Çaves venesuelalılara “Corpozulia” dövlət şirkətinin üzüm şirəsindən hazırladığı “Uvita” içkilərindən içməyi məsləhət görüb. O, ekoloji cəhətdən təmiz qida məhsullarından istifadə etməklə, tərkibində alkoqol olan məhsullardan uzaq durmaqla sağlam həyat yaşamağın mümkün olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar