Hindistanda yeni prezident
Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, iqtidardakı Konqres Partiyasının namizədi, sabiq maliyyə naziri Pranab Muherjii ölkə parlamentində keçirilən seçki nəticəsində ölkə başçısı seçilib.
Parlamentin 776 üzvü və eləcə də əyalət parlamentlərində 4120 deputatının iştirakı ilə təşkil edilən səs vermə nəticəsində P. Muherjii müxalifətdən olan rəqibi, sabiq parlament spikeri Purno Sangma qalib gəlib.
Qeyd edək ki, 76 yaşlı P. Muherjii seçkidə iştirak etmək üçün iyunda maliyyə naziri vəzifəsini tərk edib. Çox sayda sol meylli və kiçik partiyalar da Muherjiini dəstəkləyəcəyini açıqlamışdı.

594