Pakistanda Talibanın 15  yaraqlısı öldürülüb
23 iyul 2012 11:33 (UTC +04:00)

Pakistanda Talibanın 15 yaraqlısı öldürülüb

Pakistan hərbi təyyarələri ölkənin şimal-qərbində Taliban yaraqlılarının sığınacağına hava hücumları həyata keçirib. Lent.az-ın “Haber türk”-ə istinadən verdiyi məlumata görə, Pakistan rəsmilərinin verdiyi açıqlamada qeyd olunur ki, yaraqlıların sığınacaqlarının vurulması nəticəsində 15 yaraqlı ölüb, bir neçəsi isə yaralanıb.

Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhəd ərazilərində Taliban yaraqlıları fəaliyyət göstərir. Pakistan hərbi qüvvələri dəfələrlə həmin yaraqlılara hücum həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar