Ərəb Dövlətləri Liqası qərar verdi: Əsəd getməlidir
23 iyul 2012 10:40 (UTC +04:00)

Ərəb Dövlətləri Liqası qərar verdi: Əsəd getməlidir

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu bəyanat Ərəb Dövlətləri Liqası xarici işlər nazirlərinin bazar günü Dohada keçirilən toplantısında qəbul olunub.

Qətər xarici işlər naziri şeyx Hamad bir Casim əl-Tani bir dövlət istisna olmaqla Ərəb Dövlətləri Liqasının üzv dövlətlərinin bəyanatı dəstəklədiyini söyləyib. Bəyanata səs verməyən dövlətin adı açıqlanmayıb. Ərəb Dövlətləri Liqası xarici işlər nazirləri Suriya Azadlıq Ordusunu keçid hökuməti formalaşdırmağa da çağırıb. Eyni zamanda suriyalı qaçqınlara 100 milyon dollar həcmində yardımın ayrılması barədə də qərar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar