Türkiyədə hərbi vertolyot qəzası: 5 şəhid
23 iyul 2012 10:29 (UTC +04:00)

Türkiyədə hərbi vertolyot qəzası: 5 şəhid

Lent.az-ın Türkiyənin “Cümhuriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, baş vermiş hadisə nəticəsində 4 əsgər ölüb, yaralanan 8 əsgər Yüksekova xəstəxanasında ilk tibbi yardımdan sonra vertolyotlarla Vana aparılıb. Van xəstəxanalarına gətirilən yaralı əsgərlər hazırda müalicə alırlar.

Yaralı əsgərlərdən biri xəstəxanada vəfat edib və bununla da qəza nəticəsində ölənlərin sayı 5 nəfərə yüksəlib.

“İyulun 22-də 4 vertolyot heyəti və 11 nəfərlik təhlükəsizlik qrupu ilə birlikdə Yüksekovadan havaya qalxan Jandarma Ümumi Komandirliyinə aid “S-70 Sikorsky” tipli vertolyot Dərya Təpə ərazisində eniş edən zaman qəzaya uğrayıb”. Belə bir açıqlama ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib. Baş Qərargahdan verilən açıqlamada o da qeyd olunur ki, qəza ilə əlaqədar inzibati və məhkəmə istintaqına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 487

Oxşar yazılar