İsrail Suriyada hərbi əməliyyat aparmağa hazırlaşdığını etiraf etdi
21 iyul 2012 15:17 (UTC +04:00)

İsrail Suriyada hərbi əməliyyat aparmağa hazırlaşdığını etiraf etdi

Lent.az-ın verdiyi məlumata görə, Ehud Barak “Kanal 10” televiziyasına müsahibəsində deyib ki, İsrail ordusu Suriyadakı kimyəvi silahların “Hizbullah” Hərəkatının əlinə keçməsinin qarşısını almaq məqsədilə keçiriləcək bir əməliyyata hazırlaşmağa başlayıb.

Müdafiə naziri hərbi kəşfiyyata da lazımi hazırlıqların aparılması barədə tapşırıq verdiyini söyləyib: “Müasir silah sistemlərinin, xüsusilə təyyarələrə qarşı raketlərin və ağır raket sistemlərinin daşınması ehtimalını dəyərləndiririk. Lakin kimyəvi silahlar da Suriyadan Livana daşına bilər. Suriya prezidenti Bəşər Əsəd hakimiyyəti itirməyə başladığı anda kəşfiyyat dəyərləndirməsi aparıb digər qurumlarımızla birgə hərəkət edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar