Təyyarədə namaz otaqları xidmət göstərəcək
21 iyul 2012 14:51 (UTC +04:00)

Təyyarədə namaz otaqları xidmət göstərəcək

Şirkətin aldığı iki mərtəbəli “Airbus A380” təyyarəsində sərnişinlərin namazlarını qılmaları üçün xüsusi yerlər ayrılıb.

Lent.az-ın Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, təyyarə Malayziyanın sifarişi üzrə içində namaz qılma yerləri ayrılmaqla inşa edilib. İki mərtəbəli təyyarənin içində 5 ayrı hissədə “namaz qılınacaq yer” mövcuddur.

Təyyarə 15 saat havada qala və birbaşa 13500 km məsafəni qət edə bilir. İlin bəzi fəsillərində sərnişinlər bu müddətdə 5 vaxt namaz qıla bilər. Namaz qılma yerləri təyyarənin salonlarına görə müəyyənləşdirilib.

Ehtiyac duyulduğu zaman heyət sərnişinlərə səccadə verir, qiblənin təyinində yardımçı olurlar.

Qeyd edək ki, indiyədək istifadəyə qəbul edilmiş “Airbus A380” təyyarələrinin bir çoxunda müxtəlif maraqlı xidmətlər göstərilir. “A380”-a ilk sahib olmuş Sinqapur Hava Yollarında təyyarənin içində 12 ədəd iki nəfərlik yataq otağı bölməsi yaradılıb. “Emirates” şirkəti isə birinci sinif salonun ayaqyolunu genişlətməklə sərnişinlərə duş qəbul etmə imkanı yaradıb. “Air France” şirkətinin A380 təyyarəsinin “first class” salonunda gözəllik salonu və bərbərxana, “Lufthansa”da isə 2 hamam otağı fəaliyyət göstərir. Koreya Hava Yolları isə istifadəsindəki təyyarənin quyruq hissəsində “Duty free mağazası” yaradıb.

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03