Kürdlər də Əsədə qarşı çıxdılar
Suriya prezidenti Bəşər Əsədə növbəti zərbə ilə üzləşib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Suriyada kürtlərin sıx yaşadığı Kobani şəhərində hakimiyyət orqanlarının fəaliyyətinə son qoyulub, yerli xalq idarəetməni ələ alıb.
PKK terror təşkilatının Suriya qanadı sayılan PYD sədri Saleh Müslim də bunu təsdiq edib. Suriya ordusunun bölmələrinin bölgədə olmadığını və təhlükəsizlik qüvvələri ilə hər hansı döyüşün baş vermədiyini söyləyən Saleh Müslim bildirib ki, hakimiyyət orqanlarına nəzarət ələ alınan zaman rəsmilərə “qonağımızsınız, qalmaq istəsəniz, sizi qoruyarıq, amma buranı biz idarə edəcəyik” deyilir.
Sosial şəbəkələrdə Kobani sakinlərinin rəsmi binaların damlarından Suriya bayraqlarını endirib, yerinə sarı, qırmızı və yaşıl rəngli bayraqlar asdığı, Bəşər Əsədin portretlərini cırdıqları ilə bağlı görüntülər yayımlanıb.

627