Əsəd ortaya çıxdı
20 iyul 2012 10:11 (UTC +04:00)

Əsəd ortaya çıxdı

İki gün öncə törədilən partlayış nəticəsində müdafiə naziri Davud Raca da daxil olmaqla, 3 yaxın silahdaşını itirən Suriya prezidenti Bəşər Əsəd nəhayət, ortaya çıxıb. Lent.az-ın verdiyi məlumata görə, Suriya Dövlət Televiziyası Bəşər Əsədin yeni müdafiə naziri təyin etdiyi Fahad Kasım əl Freijlə görüşü barədə kadrlar yayımlayıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik Şurasının toplantısı zamanı törədilən partlayış zamanı Bəşər Əsədin də yaralandığı barədə xəbərlər yayılmışdı. Bəşər Əsədin ötən günlər ərzində ortaya çıxmaması da şübhələri artırırdı.

Suriyada isə döyüşlər səngimir. Bu gecə paytaxt Dəməşqdə bir polis mərkəzinə hücum olub. Suriya Azadlıq Ordusu çoxlu sayda polisin öldürüldüyü barədə məlumat yayıb. Eyni zamanda paytaxta nəzarəti ələ keçirmək üçün Suriya Azadlıq Ordusu 5 min döyüşçüsünü şəhərə göndərib. Türkiyə sərhədi yaxınlığındakı bölgələrdə də qanlı döyüşlər gedir. Artıq Türkiyə-Suriya sərhədindəki Bab el-Hava sərhəd-keçid məntəqəsi, İraq-Suriya sərhədindəki Ebu-Kamal sərhəd-keçid məntəqəsi müxaliflərin nəzarətinə keçib. Bundan sonra İraq Suriya ilə sərhədlərini bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar