Mübarəkin müavini öldü
19 iyul 2012 17:43 (UTC +04:00)

Mübarəkin müavini öldü

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Ömər Süleyman Hüsnü Mübarək hakimiyyətinin son həftələrində vitse-prezident postunu tutub.

O, ABŞ-a tibbi müayinə və müalicə keçmək üçün gedibb. Sabiq vitse-prezidentin hansı xəstəlikdən əziyyət çəkdiyi hələ açıqlanmır.


Qeyd edək ki, Ömər Süleyman 1936-cı ildə anadan olub, peşəkar hərbçi kimi bir neçə müharibədə, o cümlədən Misir sərhədlərindən kənarda keçirilən əməliyyatlarda iştirak edib. O, tək Misir hərbi akademiyalarında yox, SSRİ və ABŞ hərbi akademiyalarında da təlim və təcrübə keçib. Hüsnü Mübarək hakimiyyəti dövründə o, Hüsnü Mübarəkin ən sadiq tərəfdarlarından biri sayılıb, Misir hərbi kəşfiyyatının rəhbərliyinə gətirilib. Ömər Süleyman bu statusda İsraillə məxfi danışıqları koordinasiya edib, onu etibarlı, ləyaqətli və təcrübəli şəxs kimi qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar