Dəməşqdə hökumət evinin yaxınlığında döyüş başladı
Dəməşqdə Suriya Nazirlər Şurasının binasının yerləşdiyi İxlas məhəlləsində döyüşlər başlayıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu məhəllədə Dəməşq Universitetinin korpusu da yerləşir.
İxlas məhəlləsindən Kasyun dağındakı Prezident Sarayına qədər 3 kilometr məsafə var. Prezident Bəşər Əsədə sadiq qüvvələrlə müxaliflər arasında silahlı toqquşmalar Dəməşqin digər rayonlarında, əsasən paytaxtın mərkəzi, cənubu, şimal-şərqi və şərqində də davam edir. Dəməşq sakinləri bütün şəhərdə döyüş getdiyi üçün heç yerə qaça bilmirlər. Hökumət qüvvələri müxaliflərin nəzarəti ələ keçirdiyi rayonlardan mülki şəxslərin çıxması üçün 48 saat vaxt ayırıb. Sakinlər sabah axşama qədər həyatlarını xilas etməlidirlər.

632