Batan gəmidən 50 tona yaxın gümüş çıxarıldı
19 iyul 2012 14:05 (UTC +04:00)

Batan gəmidən 50 tona yaxın gümüş çıxarıldı

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, gümüş külçələr İkinci Dünya Müharibəsi zaman batırılan gəmidə olub. “Qersoppa” paroxodu 1941-ci ildə Kəlkütdən Liverpula çuqun, gümüş və çay gətirirmiş. Lakin alman sualtı qayığı tərəfindən batırılıb. Hazırda çıxarılan gümüşün qiyməti 38 milyon dollar civarındadır. Gümüşü çıxaran şirkət onun 80 faizinə sahib olmaq hüququna malikdir. Hindistan tarixçiləri isə çətin hərbi dövrdə ölkədən çıxarılmış bu malla bağlı mübahisəyə başlayıblar. Onlar hesab edirlər ki, Hindistanın 48 ton gümüşlə bağlı kompensasiya tələb etməyə haqqı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar