Tatarıstanın dini liderlərinə sui-qəsd - FOTO
19 iyul 2012 13:52 (UTC +04:00)

Tatarıstanın dini liderlərinə sui-qəsd - FOTO

Bu gün saat 11:00 radələrində Tatarıstanın baş müftisi İldus Fayzova qarşı sui-qəsd törədilib. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, naməlum şəxslər Kazan şəhərində müftinin xidməti avtomobilini partladıblar.

Musin küçəsində törədilən güclü partlayış zamanı sürücü “Land Rover Cruiser” markalı “Cip”-dən kənara atıla bilib, İldus Fayzov isə yaralanıb.

Qeyd edək ki, bundan 1 saat öncə müftinin müavini Vəlilulla Yakupov evinin girişində güllələnib. O, yaralı vəziyyətdə maşına qədər gəlib, lakin xəstəxanaya gedərkən yolda ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar