Mona Lizanın cəsədi tapılıb - FOTO
18 iyul 2012 19:52 (UTC +04:00)

Mona Lizanın cəsədi tapılıb - FOTO

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, yarım il əvvəl arxeoloji qazıntılar zamanı öncə baş və bəzi sümük parçaları tapılıb. Maliyyə çatışmazlığı ucbatından dayandırılmış işlər iyunun 29-da bərpa ediləndən sonra isə cəsədin digər qalıqları da aşkarlanıb.

Arxeoloq Silvano Vinsenti deyib ki, qalıqların Liza Qerardiniyə aid olduğuna əmindirlər, lakin skeletin DNK analizinin nəticələri məlum olmadan bu barədə rəsmi məlumat vermək hüquqları yoxdur. O, hazırda əsas işlərinin yeni tapılan cəsəd qalıqları ilə əvvəlki cəsəd qalıqlarını müqayisə etmək olduğunu bildirib. Arxeoloqun sözlərinə görə, yaxın vaxtlarda əldə ediləcək DNK məlumatları Liza Qerardininin iki övladının genetik məlumatları ilə müqayisə olunacaq.

Qeyd edək ki, Leonardo da Vinçinin dünyada ən məşhur rəsm əsərləri sırasında yer alan Mona Liza əsəri 1503-1505-ci illərdə çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar