Obamanın doğum şəhadətnaməsi saxta çıxdı
18 iyul 2012 16:18 (UTC +04:00)

Obamanın doğum şəhadətnaməsi saxta çıxdı

O bildirib ki, Obamanın sənədini köməkçiləri yoxlayıblar. Yoxlama nəticəsində doğum haqqında şəhadətnamədəki bəndlərin bir hissəsinin doldurulmadığı müəyyənləşib. Arpayonun könüllülük prinsipi ilə çalışan, istefada olan polis və hüquqşunaslardan ibarət köməkçiləri Obamanın 2011-ci ilin aprelində Ağ Ev tərəfindən elektron variantda dərc olunmuş sənədinin tam versiyasını yoxlayıblar. Araşdırmanın ilkin nəticələri bu il martın 1-də açıqlanıb. Həmin vaxt Arpayo bildirib ki, şəhadətnamənin saxtalığına inanmır. Onun köməkçisi Mayk Zullo isə bu sənədin kağız formasının heç vaxt olmadığını iddia edib. Zullonun fikrincə, şəhadətnamə kompüterdə hazırlanıb.

Obamanın doğulduğu Havay adaları rəsmiləri prezidentin doğum şəhadətnaməsinin həqiqi olduğunu dəfələrlə bəyan ediblər. Mayın 23-də Arizona ştatının katibi, respublikaçı Ken Bennett Havay rəhbərliyinin dəlilləri inandırıcı sayıb. O bildirib ki, Obamanın adı noyabrın 6-da keçiriləcək prezident seçkisində yerli bülletenlərə salınacaq.

Qeyd edək ki, ABŞ-da “berterlər” adlanan hərəkat hazırkı prezidentin ABŞ ərazisində doğulmasını şübhə altına qoyur. Hərəkat üzvlərindən bir hissəsi əmindir ki, Barak Obama atasının vətəni Keniyada doğulub. O, həqiqətən də ABŞ-dan kənarda anadan olubsa, bu ölkənin prezidenti olmaq hüququ yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar