İran yenə ermənilərin Azərbaycandakı saxtakarlığına göz yumur
17 iyul 2012 18:01 (UTC +04:00)

İran yenə ermənilərin Azərbaycandakı saxtakarlığına göz yumur

Lent.az-ın «Novosti-Armeniya»-ya istinadən məlumatına görə, Qərbi Azərbaycan əyaləti ərazisində ermənilər «Müqəddəs Fadey»in xatirəsinə tədbir keçirməyə hazırlaşır.

Hər il olduğu kimi həmin mərasimin yenə Qara Kilsə adlı kilsədə gerçəkləşdirilməsi nəzərdə tutulub. Bu tədbirə İranda dünyanın çeşidli ölkələrində yaşayan ermənilər və assuriyalılar gəlir. Ermənilər və assuriyalılar iddia edir ki, bu kilsə onlara məxsusdur.

Dünya ermənilərinin bu tədbirinə bir qayda olaraq, İslam Respublikasının rəsmiləri də qatılır. Ermənilər iddiasına görə, bu kilsə dünyada tikilmiş ilk kilsədir və eradan əvvəl 68-ci ildə inşa olunub. Belə ehtimal edilir ki, İsa peyğəmbərin həvvarilərindən biri Müqəddəs Fadey «o vaxt Fars imperiyasının ərazisinə daxil olan Ermənistana səfəri zamanı İsanın təlimini təbliğ etmək üçün» bu əraziyə gələrək, orada ölüb.

Tam türkcə adlanan bu kilsə İranın tarixi irsi kimi YUNESKO-nun mədəni abidələr siyahısına salınıb.

Heç kimə sirr deyil ki, Azərbaycan ərazisindəki türklər də islamdan öncə xristian olub. Ona görə də Azərbaycan ərazisindəki tarixi kilsələr başqa etnik qrupa deyil, yalnız türklərə aiddir. Bu kilsələr daha çox «alban kilsələri» adı ilə tanınır.

Qara kilsəyə gəldikdə isə o, Güney Azərbaycan Maku mahalı Qarabulaq rayonunun (farslaşdırılıb «Siyaçeşmə» adlanır) Qarakilsə kəndində yerləşir. Adından və yerləşdiyi yerdən də aydın olur ki, bu məkan Azərbaycan türklərinindir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar