Diktatorların pulları Kanadadan çıxdı
17 iyul 2012 17:48 (UTC +04:00)

Diktatorların pulları Kanadadan çıxdı

Bəşər Əsəd, Müəmmər Qəddafi, Zeynalabdin Bin Əli və Hüsnü Mübarəkin milyardlarla dollar pulunun Kanadada olduğu müəyyənləşib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bu ölkədə Liviya, Tunis və Misirin devrilən liderləri və yaxınlarına məxsus 4,3 milyard dollar dəyərində pul və daşınmaz əmlak tapıldığı bildirilib.

Kanadanın rəsmi xəbər agentliyi "The Canadian Press"in Kanada polisindən əldə etdiyi məlumata görə, 4,3 milyard dollara Suriya prezidenti Bəşər Əsəd və yaxınlarının pul və əmlakı da daxildir. Bundan əlavə, polisdən verilən açıqlamada 4,3 milyard dolların yekun rəqəm deyil, yalnız xalqa açıqlanması mümkün olan hissə olduğu vurğulanıb.

Kanadanın Xarici İşlər Nazirliyi isə dondurulmuş hesablardakı pulların beynəlxalq hüquq çərçivəsində müddəti dolunca müvafiq ölkələrin hesablarına geri yatırılacağını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar