Məşhur aktyorun oğlu ölüb
14 iyul 2012 10:40 (UTC +04:00)

Məşhur aktyorun oğlu ölüb

ABŞ-ın məşhur kinoaktyoru və rejissoru Silvester Stallonenin 36 yaşlı oğlu Seyc Stallone ölüb. Onun meyiti Los-Anceles şəhərindəki evindən tapılıb. Lent.az-ın məlumatına görə, oğul Stallonenin meyiti evin xidmətçisi tərəfindən aşkarlanıb.

Müəmmalı ölümün dəqiq səbəbi ilə bağlı açıqlama verilməyib. Los-Anceles polisi hadisənin araşdırıldığını bildirib. Evə zorla soxulduğunu və ya dağıldığını göstərən əlamət tapılmayıb. Hadisədən xəbər tutan ata Stallone böyük üzüntüyə qərq olub.

Qeyd edək ki, Seyc Stallone də atası kimi aktyor və rejissor idi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540

Oxşar yazılar