Dünyanın ən çox qazanan gənc məşhurlarının adları açıqlandı
13 iyul 2012 19:13 (UTC +04:00)

Dünyanın ən çox qazanan gənc məşhurlarının adları açıqlandı

“Forbes” jurnalı bu il dünyanın ən çox qazanan, yaşı 30-a çatmamış gənc məşhurlarının siyahısını dərc edib.

Lent.az-ın “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, siyahıya 22 yaşlı müğənni Teylor Svift rəhbərlik edir.

Teylor Svift Şimali Amerika və Avstraliya qastrolları, eyni zamanda albomlarının uğurlu satışı və reklamlarda çəkilməsi nəticəsində 57 milyon dollar qazanıb. 18 yaşlı Castin Biber 55 milyon dollarla ikinci yerdə gəlir. O, bu yüksək qazanca albomlarının kütləvi satışı, çıxışları və reklamlarda çəkilməsi nəticəsində nail olub.

Növbəti yerlərdə ardıcıl olaraq 53 milyon dollarla Rihanna, 52 milyon dollarla Ledi Qaqa, 45 milyon dollarla Keti Perri gəlir. Siyahıya Adel (35 milyon dollar), Kristin Stüyart (34,5 milyon dollar), Lil Ueyn (27 milyon dollar), Teylor Lotner (26,5 milyon dollar) və Robert Pattinson (26,5 milyon dollar) da var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 894

Oxşar yazılar