Türkiyədə növbəti kaset qalmaqalı
13 sentyabr 2011 18:24 (UTC +04:00)

Türkiyədə növbəti kaset qalmaqalı

Türkiyənin dövlət qurumları və PKK terror təşkilatının təmsilçiləri arasında aparılan danışıqların səs yazısı yayımlanıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, danışıqların səs yazısı bu gün yerli vaxtla saat 09:37 radələrində naməlum hakerlər tərəfindən “Dicle” informasiya agentliyinin saytına yerləşdirilib və 2,5 saat agentliyin saytında qalıb.


Danışıqlarda Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının (MİT) müşaviri Hakan Fidan, MİT müşavirinin müavini Afət Günəş, KCK-çı Mustafa Karasu, PKK-çı Sabri Ok, Kongra-Gel başqanının müavini Zübeyir Aydar və danışıqlara vasitəçilik edən ölkənin təmsilçiləri iştirak edirlər. Müzakirələrin hansı tarixdə aparıldığı bilinməsə də, yaxın tarixdə olduğu anlaşılır.


Danışıqlarda diqqət çəkən dialoqlar var. Terror təşkilatının təmsilçiləri tələblərini 15 səhifəlik qovluqda MİT nümayəndələrinə çatdırmaq istəyən zaman narazılıqla qarşılaşırlar. MİT müşavirinin müavini Afət Günəş və PKK təmsilçisi Sabri Ok arasındakı dialoq aşağıdakı kimidir.


Sabri Ok: Dövlət Türkiyədə dağlarda olanları tapıb məhv edəcəyini söyləməsin, çünki biz çözüm içərisindəyik.

Afət Günəş: Bəs dağlarda nə qədər gözləməyi düşünürsünüz?

Sabri Ok: Biz istəyirik ki, məsələ qısa vaxtda həll olsun, 6-7 il ərzində deyil.

Afət Günəş: Hansı tərəfdən baxırsaq baxaq, bu çözümün parametrləri içərisində Konstitusiya dəyişiklikləri, Abdulla Öcalanın sərbəst buraxılmasına qədər çox geniş məsələlər var. İstəklərinizi göz önünə gətirəndə çox geniş bir siyahı var. Bunlar 3, 5, yaxud 8 ayda həll edilə bilməz.

Sabri Ok: Bu gün üçün sizə qısa bir şey hazırlasaq, necə ola bilər?

Afət Günəş: 6 tələb yaza bilərsiniz. Ancaq 15 səhifə yazmayın, xahiş edirəm.

Sabri Ok: Yox, qısa yazacağıq.

Afet Güneş: Həqiqətən qısa yazmağı heç bilmirsiniz.

Sabri Ok: Düzdür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi  qüvvəyə mindi

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi

19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38