BMT-yə buynuz taxıb gedən kralın üsyana qalxan ölkəsi
09 sentyabr 2011 17:50 (UTC +04:00)

BMT-yə buynuz taxıb gedən kralın üsyana qalxan ölkəsi

Çünki xəbər elə bir ölkədə baş verənlərdən bəhs edirdi ki, oxucularımızın çoxu bəlkə də onun adını ilk dəfə eşidirdi. Svazilend adlanan kiçik bir Afrika ölkəsində monarxiya əleyhinə qiyam baş vermişdi. Və dərhal yatırılmışdı. Elə bu maraq bizi bu kiçik Afrika ölkəsindən yazmağa məcbur etdi. Oxuyun, görəcəksiniz ki, 21-ci əsrin 11-ci ilində dünyada necə dövlətlər varmış.

Əvvəlcə qeyd edək ki, Svazilend krallığı Afrikanın cənubunda Mozambik və CAR-ın arasında yerləşir. Uzunluğu 200, eni isə 130 kilometr olan kiçik bir ölkədir. Paytaxtı Mbabane şəhəridir. Afrikanın son mütləq monarxiyasıdır.

Svazilenddə əhalinin böyük əksəriyyəti svazlar təşkil edir. Svazlar indiki yaşadıqları ərazilərə qitənin mərkəzindən köçüb gəliblər. Əsrlər boyu zulu tayfaları ilə torpaq üstündə müharibə aparıblar. 1836-cı ildə svazların tayfa rəhbəri Sobxuza zulular üzərində qəti qələbə çalaraq ilk dövlətin təməlini qoyur. 19-cu əsrin ortalarında Svazilend burlar tərəfindən işğal olunur. İngilis-Bur müharibəsindən sonra Svazilend Britaniyanın müstəmləkəsinə çevrilir. 1964-cü ildə isə Britaniya Svazilendə müstəqillik verir. Svazilend hələ də mütləq monarxiyadır. Monarxiyanın başında isə 1986-cı ildən - düz 25 ildir - III Msvati durur.

Svazilend parlamenti Milli Şuradan və Senatdan ibarətdir. Şuranın 65, Senatın isə 30 üzvü var. Onların əksəriyyətini kral özü təyin edir. Bir sözlə, Msvati sözün həqiqi mənasında hakimi-mütləqdir. Məsələn, bir maraqlı fakt. Bir qədər öncə, Cənubi Afrika Respublikasının Svazilend Krallığına verdiyi 343 milyon dollar maliyyə yardımının 57 milyonunu kral rəsmən öz hesabına keçirib və bunu gizlətməyib.

Ölkədə müxalifət deyilən bir şey yoxdur... III Msvatinin atası kral II Sobxuza ölkədə siyasi partiyaları hələ 38 il bundan əvvəl qadağan edib Krala qarşı müxalif fikir söyləyənlərə qarşı sərt cəza tədbirləri gerçəkləşdirilir. Svazilend Krallığı xarici siyasətdə bloklara qoşulmamaq xəttini tutub. Kralın könlü hansı dövləti istəyir, onunla da əməkdaşlıq edir.

Hər il kralın əmri ilə karnaval keçirilir. Minlərlə gənc qız yarımçılpaq vəziyyətdə oynayırlar. Kral onların içərisindən xoşuna gələni seçib, özünə arvad edir. Krallıqda SPİD tüğyan edir. Ölkənin demək olar ki, yarısı bu xəstəliyə mübtəladır. Kral III Msvatinin sərəncamı ilə SPİD Svazilend Krallığında milli fəlakət elan edilib...

Svazilend Krallığının ömürlük kralı III Msvatinin 14 arvadı var. Arvadları Lamatsebula, Lamotsa, Mnqomezuli, Dlamini, Hvala, Maqvaza, Masanqo, Dlamini, Maqonqo, Maxlanqu, Ntenteza, Ntando, Nkambule və Bekondadan 23 uşağı var. Bu ilin aprelində onun arvadlarından biri ədliyyə naziri ilə oteldə ələ keçmişdi. Arvad əfv edilsə də nazir timsahlara yem oldu.

Üçüncü Msavati yarıçılpaq halda BMT-nin iclaslarına belə qatılır. Sonuncu iclasda isə o, üstəlik buynuz da taxmışdı.

Ölkənin 70 faizi aclıq vəziyyətində yaşayır. Pul vahidi lilanqedir. Üzərində Msvatinin şəkli həkk olunub.

Svazilenddə orta ömür 31 ildir...

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 904

Oxşar yazılar