Türkiyə və İsrail komandalarının oyununda əsgər problemi
09 sentyabr 2011 14:30 (UTC +04:00)

Türkiyə və İsrail komandalarının oyununda əsgər problemi

Avropa çempionatının qrup oyunları çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Makkabi” komandaları arasında sentyabrın 15-də İstanbulda keçiriləcək oyunla bağlı yeni xəbər var. Lent.az-ın “Haaretz” qəzetinə istinadən verdiyi məlumata görə, İsrail Müdafiə Nazirliyi “Makkabi” komandasında əsgərlikdə olan futbolçuların təhlükəsizlik səbəbindən İstanbula göndərilməyəcəklərini açıqlayıb.

“Haaretz” qəzeti “Maakabi”nin hansı oyunçularının İstanbula gəlməyəcəklərini yazmayıb.
Qeyd edək ki, dünən Türkiyənin gənclik və idman naziri Suat Kılıç “Beşiktaş” və “Maakabi” komandaları arasında İstanbulda keçiriləcək oyunla bağlı xüsusi bəyanatla çıxış edib və oyunla bağlı yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar