Dövlət Bağçalının bağçası yandı
09 sentyabr 2011 14:23 (UTC +04:00)

Dövlət Bağçalının bağçası yandı

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, sahəsi 8 sot olan bağçada həmin vaxt Dövlət Bağçalının bacısı Nurtən Fəttahoğlu və qardaşı oğlu Turqut Bağçalı olub. Səbəbi bilinməyən yanğını görən qonşular polisə zəng ediblər. Polis yanğınsöndürənlərə məlumat verib. Yanğın küləyin təsiri ilə daha da böyüyüb. Yanğının qarşısı Nurtən Fəttahoğlunun evinə çatmamış alınıb.

Bağçada 100-dən çox zeytun ağacı olub, yanğın zamanı 40-dan çoxu yanıb. Polis yanğınla bağlı araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar