11 sentyabr terrorunun audi-yazıları yayımlandı
09 sentyabr 2011 13:50 (UTC +04:00)

11 sentyabr terrorunun audi-yazıları yayımlandı

ABŞ-da 11 sentyabr 2001-ci ildə törədilən və 3 minə yaxın insanın ölümünə səbəb olan terror aktı əsnasında hava limanındakı nəzarətçilərin, təyyarələrdəki terrorçuların, çarəsiz qalan heyət üzvlərinin və bəzi rəsmilərin arasındakı danışıqların səs yazısı yayımlanıb. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, bu danışıqlar 11 sentyabr günü yaşanan vəhşəti bir daha göz önündə canlandırır.

Hücumun həyata keçirildiyi gün yerli vaxtla 08:19-da “American Airlines 11” təyyarəsindəki pilot kabinetindən Bettio Onq hava limanını arayır: “Mən 3 nömrəyəm. Pilotların kabinəsi telefona cavab vermir. “Business Class”da birisi bıçaqlandı. Nəfəs ala bilmirik. Biri bıçaqdan istifadə edir və bu tərəfə gəlir. Bir dəqiqə gözlə. 1 və 5 nömrə bıçaqlandı. Kabinədə kim var, bilmirəm”.

“American Airlines 11” təyyarəsini qaçıran Məhəmməd Atta 08:24-də hava limanını arayır: “Kimsə tərpənməsin, hər kəs yaxşı olacaq. Əgər hər hansı hərəkət etsəniz, özünüzə də təyyarəyə zərər verərsiniz. Sadəcə səssiz olun”.

Şimali Amerika Hava Müdafiə Komanda Mərkəzi (NORAD) saat 08:37-də məlumatlandırılır: “Burada bir problemimiz var. Qaçırılan bir təyyarəmiz var və bu an Nyu-Yorka doğru gəlir. “F-16”, ya da buna bənzər bir şeyi oraya göndərməyinizə ehtiyacımız var. Bu bir test və ya təlim deyil, həqiqətdir”.
08:47-də Dünya Ticarət Mərkəzindən ilk hücum raportları verilməyə başlayır:
- “Boston, bura Nyu-Yorkdur, necə təyyarə idi o? 767?”
- “Təyyarəni gözdən itirdinizsə, təkrar edərsinizmi?”
- “Boston təyyarəni itirdi. Burada qaçırılma olduğunu düşündüyümüz bəzi təhlükələr var”.
- “Nyu-York vəziyyəti araşdırır. Bölgədə bir ELT (təyyarə qəzaya uğradığı zaman siqnal verməyə başlayan cihaz) siqnalı alırıq”.
- “Kennedi Qüllə danışır, siz ciddisinizmi? Bu arada Dünya Ticarət Mərkəzindən alovlar və dumanlar yüksəlir”.
- “Ora tam da bizim təyyarənin izini itirdiyimiz nöqtədir”.
- Saat 09:02-də Nyu-Yorkdakı hava nəzarətçiləri “United 175”in Dünya Ticarət Mərkəzinə çırpıldığını görür: “Şüşədən bayıra baxırsanmı? 4 min fitdəki təyyarəni görürsənmi? 5 dərəcə şərqdə. Görürsənmi, binaya doğrumu alçalır? Çox sürətli alçalır”.
- “800 fitə qədər endi. Bu nə təyyarəsidir?”
- “Bilmirəm, bir dəqiqəyə öyrənərəm”.
- “Başqa biri binaya çırpıldı. Başqa biri binaya çox güclü çırpıldı”.
- “Bütün bina dağıldı. Aman Allah”.
Saat 09:32-də “United 93”ü qaçıran şəxs sərnişinlərlə danışır: “Lütfən, oturun və qətiyyən ayağa qalxmayın. Təyyarədə bomba var”...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar